AHİL QOCANIN SƏNƏTKARLIĞI HAMINI HEYRAN ETDİ (FOTO)

 Xaçmaz rayonunun Nabran kənd sakini 74 yaşlı Baləhməd Xanbabayev butulkadan ev tikib. SOSTV -nin bölgə müxbiri xəbər verir ki , O, bu ideyasını reallaşdırmaq üçün düz 4 il vaxt sərf edib. 
Heç bir köməkçisi olmadan işə başlayan Baləhməd kişi evin inşası üçün 60 min butulkadan faydalanıb. İdeyanın yaranmasına gəlincə ev sahibi deyir küçədə ətrafa səpilmiş və zibil qalığı yaradan butulkaları gördükdə qərara alırki onlardan ev tiksin.


Evin tikintisində yalnız rəngli şüşələrdən istifadə olunub. 3 otaq və sanitar qovşaqdan ibarət olan evin yaxınlığında yerləşən mətbəx də butulkadandır. Baləhməd Xanbabayev sözlərinə görə, işə başlayanda çoxları onu qınasa da indi butulka ev hər kəsin böyük marağına səbəb olub.

Unikal evin sahibinin dediyinə görə, butulkaların toplanmasında özünün də böyük xidməti var. O, məclislərdə dolu şüşələri dostları və yaxınları ilə boşaltdıqdan sonra divara hörüb. Məhz bu səbəbdən evin divarlarındakı butulkaların bir çoxuna baxanda iştirak etdiyi məclislər yadına düşür. 

MÜƏLLİF : RAUF BAYRAM