Skip to main content
5 DİL BİLƏN AZƏRBAYCANLININ KÖMƏYƏ EHTİYACI VAR
Mətanət Tağıyeva 1-ci qrup əlildir. Həyatını yaradıcılığa həsr edib.Mətanət
xanım deyir ki, o beş dil bilir. "Rus dilini orta məktəbdən, alman dilini
universitetdən, ingilis dilini BBC kanalının köməyi ilə, fars dilini İran
radiosundan" öyrənib.Hazırda "Braille display" (Brayl, korlar
üçün əlifba) vasitəsilə italyan dilində
lüğət hazırlayır. "Braille display"
gözdən əngəlli insanlar üçündür.Bundan başqa Mətanət xanım uşaqlar üçün müxtəlif hekayələr və nağıllar da yazır.Mətanət xanım uşaqlıqda kor və
zəif görənlərin məktəbinə
gedib, 12 il təhsil alıb. Paralel olaraq musiqi məktəbi də oxuyub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
rus dili və ədəbiyyatı şöbəsini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə əlillər arasında ilk elmlər namizədi olub. Milli Elmlər
Akademiya İnstitutunun lüğətçilik şöbəsinə kiçik elmi işçi kimi işə götürülüb. Sonra
elmi işçi, 2013-cü ildən isə böyük elmi işçi kimi çalışmaqdadır.Gözdən əngəlli olmaqla yanaşı, həm
də eşitmə qabiliyyətini get-gedə itirir.O, görmək və
normal eşitmək istədiyini deyir, amma müalicə üçün Səhiyyə Nazirliyindən tutmuş
digər orqanlara müraciət etsə də sorğusu cavabsız qalıb. Ümidi isə, dövlətə
qalıb.
bbcazeri